Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı

16:13 - 19 May 2024

Ağsu dolaylarında asfalt çökdü - Yol bağlandı

Ağsu dolaylarında asfalt çöküb, yolun hər iki istiqamətində yol bağlanıb.

 

Manset.az “Report”a istinadən xəbər verir ki, son günlər yağan güclü leysan yağışlarıdan sonra Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində sürüşmə əmələ gəlib.

Yolun 147-ci kilometrliyində asfalt qatı və çiyin hissəsində çökmələr əmələ gəlib.

Hazırda 147-ci kilometrlikdə yolun bir zolağı tam bağlanıb, avtomobillər yolun digər zolağı ilə növbəli hərəkət edirlər.

Hazırda ərazidə xidmət aparan yol polisi avtomobillərin təhlükəsiz hərəkətini təmin edir.


Xəbər xətti

25 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin