Bu da oldu: Messinin salfeti hərraca çıxarıldı

15:37 - 9 May 2024

Bu da oldu: Messinin salfeti hərraca çıxarıldı

Argentinalı hücumçu Lionel Messinin "Barselona" ilə ilk müqaviləsini imzaladığı vaxt yanında olan salfet hərraca çıxarılıb. 

 

Manset.az Yenisabah.az-a istinadən xəbər verir ki, hərracın başlanğıc qiyməti 300 min funt sterlinqdir. Hərrac mayın 17-dək davam edəcək. 

Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. Hücumçu 2003-cü ildə klubun əsas komandasında oynamağa başlayıb. O, Kataloniya təmsilçisi ilə 10 dəfə İspaniya çempionu olub, 7 dəfə İspaniya kubokunu və 4 dəfə Çempionlar Liqasını qazanıb. 

2021-ci ildə Messi "Barselona"dan ayrılıb və azad agent kimi PSJ-yə keçib. O, 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. 


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin