İrəvanda “KamAZ” etirazçıların üzərinə sürülüb, insident yaşanıb - VİDEO

23:24 - 9 May 2024

İrəvanda “KamAZ” etirazçıların üzərinə sürülüb, insident yaşanıb - VİDEO

İrəvanda naməlum sürücü “KamAZ” markalı yük maşınını anidən Respublika meydanında etirazçıların üzərinə sürüb.

 

Manset.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat verib.

Ərazidə olan polis əməkdaşları dərhal sürücünü təqib ediblər. Polis yük maşını sürücüsünü avtomobildən düşürməyə çalışsa da, buna nail ola bilməyib. Sürücü ərazidən uzaqlaşıb.

Nümayişçilər avtomobilə yol açmağa müvəffəq olublar. Hadisə zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, hazırda meydanda Azərbaycanla sərhədlərin delimitasiyasına qarşı yürüyüş təşkil edən "Vətən naminə Tavuş" hərəkatının iştirakçıları və onların tərəfdarları aksiya keçirirlər. Etirazlarda əsasən Baş nazir Nikol Paşinyanın istefası tələb olunur.
 


Xəbər xətti

20 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin