Braziliyanın cənubundakı Rio Qrande-du-Sul əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 107-yə, itkin düşənlərin sayı isə 136-ya yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Quaiba şəhəri 5 metr su altında qalıb
100 mindən çox əhalisi olan Quiba şəhərindən sosial mediada yayımlanan görüntülər fəlakətin miqyasını açıqlayıb.
Görüntülərdə bəzi atlar sağ qalmaq üçün damların üzərinə çıxıb.
Əfsanə Rəcəb
Manşet.az