Everesti fəth edən nepallı alpinistdən dünya rekordu

18:17 - 12 May 2024

Everesti fəth edən nepallı alpinistdən dünya rekordu

Nepallı alpinist Kami Rita 29-cu dəfə Everesti fəth edərək, dağa uğurlu qalxma sayına görə özünün müəyyən etdiyi dünya rekordunu yeniləyib.

 

Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə alpinistin işlədiyi dağ ekspedisiyası şirkətinin nümayəndəsi məlumat verib.

54 yaşlı alpinist və bələdçisi təxminən 30 nəfərdən ibarət komandanı müşayiət ediblər. Kami Rita ilk dəfə Everest zirvəsinə 1994-cü ildə, 24 yaşında olarkən çıxıb. Bu gün zirvəyə qalxmazdan əvvəl o, rekordla bağlı konkret hədəfinin olmadığını söyləyib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin