Bakıda Fəvvarələr meydanında ofisiantlar bıçaqlandı

08:50 - 15 May 2024

Bakıda Fəvvarələr meydanında ofisiantlar bıçaqlandı

Bakının Səbail rayonunda dava zamanı iki nəfər ağır xəsarət alıb.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, hadisə Nizami küçəsində yerləşən meydanda qeydə alınıb.

Belə ki, 2003-cü il təvəllüdlü Qurbanlı Oktay Şahin oğlu və onun iş yoldaşı 2002-ci il təvəllüdlü Cümiyev Turqut Tofiq oğlu dava zamanı bıçaqlanıb.

Hadisə onlar sözügedən ərazidə yerləşən restorandan çıxıb evə gedərkən baş verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəsarət alan şəxslərin vəziyyəti ağır kimi qiymətləndirilir.

Yaralılar restoranda ofsiant işləyir.

Fakt üzrə Səbail Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin