logo
logo logo
logo

Qayınata gəlininin qətlində təqsirləndirilir  

17:39 - 17 Sentyabr 2026

Qayınata gəlininin qətlində təqsirləndirilir  

Bakıda gəlinini qətlə yetirməkdə təqsirləndirilən Adıgözəl Məmmədovun cinayət işinin məhkəməsi başlayıb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Quliyevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib.

Məhkəmənin baxış iclası sentyabrın 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2026-cı ilin iyununda Sabunçu rayonu "Şuşa şəhərciyi" adlanan ərazidə baş verib. Qəsəbə sakini 1966-cı il təvəllüdlü Adıgözəl Məmmədov gəlini, 1995-ci il təvəllüdlü Gülüzar Məmmədovanı bıçaqla öldürməkdə təqsirləndirilərək saxlanılıb.

Adıgözəl Məmmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az