Zelenski "vəziyyətin çətin olduğu Xarkov”a gedir

15:59 - 16 May 2024

Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski bu gün verdiyi açıqlamada ordu ilə görüş keçirdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski Xarkovdakı vəziyyəti “ümumi nəzarət altında olsa da, son dərəcə çətin” adlandırıb.

Zelenski Rusiyanın hücum etdiyi Xarkova yollandığını açıqlayıb.

"Xarkov vilayətində vəziyyət mürəkkəb olaraq qalır, lakin dinamik inkişaf edir. Müdafiə qüvvələrimiz vəziyyəti qismən stabilləşdirib. Düşmənin müəyyən rayon və yerlərdə irəliləməsi dayandırılıb", - Ukrayna ordusunun bugünkü bəyanatında deyilir.

Rusiya isə bölgədəki Liptsi kəndini ələ keçirməyə çalışdıqlarını bildirib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin