İranda prezident seçkiləri üçün namizədlərin qeydə alınması başlayır

20:02 - 20 May 2024

İranda prezident seçkiləri üçün namizədlərin qeydə alınması başlayır

İranın seçki qərargahı mayın 28-də ölkədə keçiriləcək prezident seçkiləri üçün namizədlərin qeydiyyatına başlayacaq. 


Manset.az xəbər verir ki, bu barədə idarənin mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter dağlarda qəzaya uğrayıb. Nəticədə prezident, xarici işlər naziri və başqa bir neçə rəsmi şəxs həlak olub. 

İran Daxili İşlər Nazirliyi helikopterin qəzaya uğramasına səbəb kimi hava şəraitini göstərib. Qəza yerinə 20-dən çox xilasetmə qrupu göndərilib. Əməliyyat pis hava və duman səbəbindən çətinləşdiyindən təyyarənin yanmış qalıqları yalnız mayın 20-də səhər tezdən tapılıb.

İslam Respublikasının prezidentinin vəzifələri 50 gün müddətinə vitse-prezident Məhəmməd Moxberə verilib. Ölkədə növbədənkənar dövlət başçısı seçkiləri keçiriləcək.

Jalə

Manşet.az


Xəbər xətti

14 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin