“Azeri Light” bahalaşır

09:41 - 21 May 2024

“Azeri Light” bahalaşır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti yenidən bahalaşıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 0,13 ABŞ dolları, yaxud 0,2% artaraq 84,95 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, ötən gün Azərbaycan nefti 84,82 dollara ticarət edilmişdi.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları təşkil edib.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin