Mərhum prezident və digər rəsmi şəxslərin cənazəsi Tehrana gətirildi - YENİLƏNDİ (VİDEO)

16:21 - 21 May 2024

Mərhum prezident və digər rəsmi şəxslərin cənazəsi Tehrana gətirildi - YENİLƏNDİ (VİDEO)

Helikopter qəzasında həlak olan İran Prezidenti və digər rəsmi şəxslərin cənazələri Təbriz şəhərindən paytaxt Tehrana aparılıb.

Manset.az xəbər verir ki, cənazələri daşıyan təyyarə Mehrabad hava limanına çatıb.

Sabah onlarla Tehranda vida mərasimi keçiriləcək.

***

İranın paytaxt Tehran başda olmaqla, bir çox şəhərlərində, o cümlədən Təbrizdə helikopter qəzasında həlak olan Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi keçirilir.

Manset.az xəbər verir ki, təşkil edilən vida mərasimlərinə axın edən on minlərlə insan mərhum prezident və digər həlak olanlara ehtiramlarını bildirirlər.

Qeyd edək ki, İbrahim Rəisinin Məşhəd şəhərində dəfn ediləcəyi deyilir.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin