"Dialoq kapitulyasiya demək deyil" - Pezeşkian

23:35 - 18 May 2026

\"Dialoq kapitulyasiya demək deyil\" - Pezeşkian

ABŞ ilə dialoq kapitulyasiya demək deyil.


Manset.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında yazıb.

"İran İslam Respublikası dialoqa ləyaqətlə, nüfuzla və millətin hüquqlarını qoruyaraq daxil olur və heç bir halda öz xalqının, ölkəsinin qanuni hüquqlarından geri çəkilməyəcək", - o bildirib.

Pezeşkianın sözlərinə görə, hökumət xalqa xidmət edəcək: "Biz var gücümüzlə, son nəfəsimizə qədər xalqa xidmət edəcəyik və İranın maraqlarını qoruyacağıq".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az