Bakı-Tbilisi dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix AÇIQLANDI

17:27 - 18 May 2026

Bakı-Tbilisi dəmiryolu ilə sərnişindaşıma bərpa olunur - Tarix AÇIQLANDI

Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.


Manset.az Oxu.az-a istinadən, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.

Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.

Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.

Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryol daşımaları 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az