Putin Rəisinin dəfn mərasimində iştirak edəcək? - Peskov cavab verdi

14:23 - 21 May 2024

Putin Rəisinin dəfn mərasimində iştirak edəcək? - Peskov cavab verdi

"İran Prezidenti İbrahim Raisinin dəfn mərasimində Rusiya lideri Vladimir Putinin iştirakından söhbət getmir, çünki mərasimdə beynəlxalq iştirak nəzərdə tutulmur".

 

Manset.az xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Mənim bildiyimə görə, orada heç bir beynəlxalq iştirak nəzərdə tutulmur. Bundan söhbət getmir", - deyə Peskov Rusiya prezidentinin İran liderinin dəfn mərasimində iştirak etmə planları ilə bağlı suala cavab verib.

Mayın 19-da prezident İbrahim Rəisinin helikopteri İranın şimal-qərbində sərt eniş edib. Sərnişinlərdən heç biri sağ qalmayıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin