Bu ölkədə isti hava ilə əlaqədar 5 günlük “qırmızı xəbərdarlıq” edildi

16:13 - 21 May 2024

Bu ölkədə isti hava ilə əlaqədar 5 günlük “qırmızı xəbərdarlıq” edildi

Hindistanın paytaxtı Yeni Dehlidə havanın temperaturu mövsüm normalarından artıq olması ilə əlaqədar 5 günlük “qırmızı xəbərdarlıq” elan edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Hindistan Meteorologiya İdarəsi (IMD) açıqlama verib.

Bildirilib ki, dünən Yeni Dehlidə hava istiliyinin 44 ilə 47 dərəcə arasında ölçülüb.

Açıqlamada, Yeni Dehli və ətrafını təsir edən şiddətli isti dalğası səbəbiylə 5 günlük qırmızı həyəcan siqnalının verildiyi açıqlanıb.

Yeni Dehli Təhsil Müdirliyinin açıqlamasında bölgədəki məktəblərdə mayın 11-dən iyunun 30-dək yay tətilinin elan edildiyi xatırladılıb.

IMD, mayın 17-də paytaxt Yeni Dehlidə temperaturun 47,1 dərəcəyə çatdığını və Pəncab, Haryana və Racastan əyalətlərində temperatur xəbərdarlığı etdiyini bildirib.

Hindistanda hər il yüzlərlə insan yayda temperaturun artması səbəbindən ölür. Statista statistik portalının məlumatına görə, 2020-ci ildə Hindistanda yüksək temperaturdan 530, 2021-ci ildə isə 374 nəfər ölüb. 2015-ci ildə ölkədə isti hava səbəbindən 1908 nəfər dünyasını dəyişib.

İqlim üzrə ekspertlərin fikrincə, qlobal istiləşmə Hindistan kimi Cənubi Asiya ölkələrində insan itkisi ilə nəticələnən istilik dalğaları ehtimalını 30 dəfəyə qədər artırır.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

19 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin