“Kristal”ın
Yasamal rayonunda yerləşən “Park Yasamal”
yaşayış kompleksində dövlət ipotekasına yararlı mənzillər satışa çıxıb.
Mənzillər alıcılara aşağı faiz dərəcəsi, uzunmüddətli ödəniş imkanları və tam
təmirli şəkildə təqdim olunması ilə diqqət çəkir.
Layihə Yasamal rayonunda, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin yaxınlığında yerləşir. Şəhərin müxtəlif istiqamətlərinə rahat çıxışı olan kompleksdə şəhər həyatının rahatlığı ilə sakit və yaşıl mühit bir araya gətirilib.

“Park Yasamal” layihəsində
müxtəlif mənzil variantları təqdim olunur: Hazır, tikintisi davam edən və
əşyalı mənzillər olmaqla, 55,46 kv.m-dən 120,47 kv.m-dək, 2, 3 və 4 otaqlı,
həmçinin studiya mənzillər.
Layihədə dövlət ipotekası ilə yanaşı, digər satış şərtləri də mövcuddur. Mənzillər 36 ayadək daxili kredit, 20 ilədək bank krediti, eləcə də şirkətin yeni təqdim etdiyi “Evini hissə-hissə al” satış modeli ilə də təklif olunur. “Evini hissə-hissə al” modeli mənzilə aylıq öhdəliksiz və faizsiz şərtlərlə sahib olmaq imkanı yaradır.
Mənzil alışı zamanı edilən ilkin ödənişin ƏDV məbləği
isə 30 iş günü ərzində geri qaytarılır, nəticədə ilkin ödəniş faktiki
olaraq azalır.
Kompleksin ərazisində sakinlərin gündəlik rahatlığı üçün
müxtəlif imkanlar yaradılıb. Göl ətrafı istirahət zonaları, geniş və yaşıl park
sahəsi, futbol meydançası və özəl uşaq bağçası. Ərazi 24/7 kamera-nəzarət
sistemi ilə təmin olunur, sakinlər üçün geniş avtodayanacaq mövcuddur.
Kompleksin ətrafında isə gündəlik yaşayış üçün lazım olan xidmət və obyektlər
yerləşir.

Binaların müasir memarlıq üslubunda olan fasadlarında
uzunömürlü materiallardan istifadə olunub. Mənzillərdə döşəmədən tavana qədər
panoram pəncərələr tətbiq edilib. Mənzillərin planlanması optimal və itkisiz
şəkildə edilib, səs və istilik izolyasiyası tətbiq olunub ki, bu da həm
komfort, həm də enerji baxımından daha səmərəli yaşayış mühiti yaradır.
Tam təmirli və kommunal xidmətlərlə birlikdə təhvil verilən
mənzillərin təmirində Avropa brendlərinin materiallarından istifadə olunur.
Təmir prosesi zamanı materialların seçimi alıcının zövqünə uyğun
müəyyənləşdirilir.
Layihə və satış şərtləri haqqında daha ətraflı məlumat
almaq istəyənlər layihənin satış ofisinə yaxınlaşa və ya *1544 qısa nömrəsinə
zəng edə bilərlər.
Ətraflı: *1544
Ünvan: Yasamal
rayonu, Müstəqillik küçəsi