Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
16:24 - 21 May 2024
Yaponiyanın paytaxtı Tokionun cənubunda, Oqasavara adaları yaxınlığında yerli vaxtla saat 09.39-da 6 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, bu barədə Yaponiya Meteorologiya Agentliyinin (JMA) açıqlama aparıb.
Bildirilib ki, episentri Oqasavara adaları yaxınlığında olan 6 bal gücündə zəlzələ yerin 50 kilometr dərinliyində qeydə alınıb. Zəlzələdən sonra sunami xəbərdarlığı olmayıb.
Yerli olaraq "Bonin adaları" kimi tanınan Oqasavara adaları Yaponiyanın paytaxtı Tokiodan 1000 kilometr cənubda və Qərbi Sakit okeanda Quam adasından 1600 kilometr şimal-qərbdə yerləşir.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin