Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
17:33 - 21 May 2024
Məşhur amerikalı aktrisa Skarlet Yohansson, süni intellekt şirkəti OpenAI-nin öz səsinə bənzər bir səsdən istifadə etməsi ilə bağlı açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aktrisa OpenAI-nin yeni chatbotunda onun səsinə "qorxulu" bənzər səsin istifadə edilməsindən "şok" olduğunu və qəzəbləndiyini söyləyib.
Beləki, istifadəçilərə mətnləri ucadan oxuyan Sky adlı yeni robot keçən həftə istifadəyə verilib. İstifadəçilər robotun səsini 2013-cü ildə çəkilmiş "Her" filmindəki Yohanssonun səsinə bənzəyib.
OpenAI şirkəti bazar ertəsi açıqlama verərək bu səsi geri çəkə biləcəklərini bildirib, lakin bunun məşhur ulduzu təqlid etmək məqsədi daşımadığını vurğulayıb.
Yohansson şirkəti və onun qurucusu Sem Altmanı onun səsini qəsdən kopyalamaqda günahlandıran bəyanatla çıxış edib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin