Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
19:47 - 22 May 2024
Gəncədə, çayın kənarında yerləşən yolda təhlükəli vəziyyət yaranıb.
Manset.az oxu.az-a istinadən xəbər verir ki, Gəncə sakinləri bununla bağlı şikayətlərini sosial şəbəkədə paylaşıblar.
Qeyd olunur ki, 3 saylı xəstəxananın yaxınlığındakı avtomobil yolunun asfalt örtüyündə çatlar və qırılmalar əmələ gəlib.
Sakinlərin sözlərinə görə, bu, ətrafdakı evlər üçün də təhlükə yaradır. Onlar torpaq sürüşməsinin baş verməsindən narahat olduqlarını bildiriblər.
Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, heç bir tədbir görülmür. Onlar təhlükənin qarşısının alınmasını və çayın kənarında sahilbərkitmə işlərinin həyata keçirilməsini istəyirlər.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin