Rəhmonun Azəbaycana səfəri başa çatdı

17:27 - 23 May 2024

Rəhmonun Azəbaycana səfəri başa çatdı

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycan Respublikasına dövlət səfəri mayın 23-də başa çatıb.

 

Manset.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonu Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər yola saldılar.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin