"Neftçi" yeni mövsüm üçün ilk transferini elan etdi - FOTO

16:31 - 27 May 2026

\"Neftçi\" yeni mövsüm üçün ilk transferini elan etdi - FOTO

“Neftçi” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.


Manset.az Bakı təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşlı sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə bağlanıb.

    O, “3” nömrəli formanı geyinəcək.

    Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə "Neftçi" akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib, 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az