"Hörmüz boğazından 23 gəmi keçib" - SEPAH

22:51 - 27 May 2026

\"Hörmüz boğazından 23 gəmi keçib\" - SEPAH

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) son gün ərzində Hörmüz boğazından 23 gəminin keçidini təmin edib.


Manset.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

"Son gün ərzində neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri daxil olmaqla, 23 gəmi icazə aldıqdan sonra SEPAH HDQ-nin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Fars körfəzi region ölkələrinin müsəlmanlarına məxsus su məkanıdır və qeyri-sabitliyə səbəb ABŞ ordusunun hücumlarıdır: "Hörmüz boğazına nəzarət qətiyyətlə həyata keçirilir".

Qeyd edək ki, SEPAH mayın 26-da Hörmüz boğazından 25 gəminin keçdiyini açıqlayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az