İsrail HƏMAS-la danışıqların növbəti raunduna razılıq verdi

23:27 - 25 May 2024

İsrail HƏMAS-la danışıqların növbəti raunduna razılıq verdi

İsrail hakimiyyəti şənbə günü vasitəçilər - ABŞ və Qətərlə Fələstinin HƏMAS qruplaşması ilə danışıqların bərpa edilməsinə razı olub.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Danışıqlar prosesinin gələn həftə başlayacağı gözlənilir.

Bu həftənin əvvəlində İsrail Nazirlər Kabineti Qəzza zolağında münaqişənin danışıqlar yolu ilə həlli üçün növbəti cəhddə iştirakın tərəfdarı olduğunu bildirib.

İsrail ilə HƏMAS arasında kompromis tapmaq üçün əvvəlki cəhdlər nəticə verməyib. Danışıqların məqsədi barışıq, girov və məhbus mübadiləsi barədə razılığa gəlməkdir.

Danışıqların əvvəlki raundlarında əsas problem HƏMAS-ın qeyri-məhdud atəşkəs və İsrail qüvvələrinin Qəzzadan çıxarılmasının tələbi ilə çıxış etməsindən ibarət idi. İsrailin danışıqlardakı təmsilçiləri yalnız müvəqqəti atəşkəsə razılaşıb.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin