XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi

09:29 - 28 May 2024

XİN Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 28 May Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə xalqı təbrik edib.

 

Manset.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib:

"28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edir, ölkəmizə və xalqımıza rifah və daimi inkişaf arzulayırıq! Dövlətimiz əbədi olsun! Müstəqillik günümüz mübarək olsun!", - paylaşımda belə deyilir.

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin