"Qarabağ" yenidən hesabda önə çıxdı - Kubokda final

21:42 - 2 İyun 2024

Bu gün Azərbaycan kubokunda 2023/2024 mövsümünün final oyunu keçiriləcək.

 

Manset.az xəbər verir ki, həlledici görüşdə cari mövsümdə Misli Premyer Liqasının qalibi olan "Qarabağ" çempionatın 2-cisi "Zirə" ilə qarşılaşır. "Liv Bona Dea Arena"da oynanılacaq görüş saat 20:00-da başlayıb.

"Qarabağ" Azərbaycan kubokunun ən titullu klubudur. Ağdam təmsilçisi ölkə kubokuna ümumilikdə 7 dəfə sahib çıxıb. 

"Zirə" isə bu titulu heç vaxt qazanmayıb. Əgər paytaxt təmsilçisi bugünkü finalda qalib gəlsə, tarixinin ilk kubokunu əldə edəcək.

Qeyd edək ki, final görüşündən əvvəl - saat 19:00-da konsert proqramı olub. Konsert proqramında xalq artisti Aygün Kazımova çıxış edib.

2 iyun

Azərbaycan kuboku, final

20:00. "Qarabağ" - "Zirə" - 2:1 (İkinci hissə)

Qol: Olavio Juninyo, 42 (1:0), İsmayıl İbrahimli, 57 (1:1), Abdullah Zubir, 62 (2:1)

Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Müslüm Əliyev, Kamal Umudlu

"Liv Bona Dea Arena"


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin