Həlak olan hərbçilərimizin dəfn yeri müəyyənləşdi

22:55 - 9 İyun 2024

Həlak olan hərbçilərimizin dəfn yeri müəyyənləşdi

İldırım vurması nəticəsində həlak olan Dövlət Sərhəd Xidmətinin (DSX) iki hərbi qulluqçusu - mayor Baxış Baxışlı və əsgər Əli Nağıyevin dəfn yeri müəyyənləşib.

 


Manset.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, mayor Baxış Baxışlı Tərtər rayonunda, əsgər Əli Nağıyev isə Gəncə şəhidlər xiyabanında torpağa tapşırılacaq.
Qeyd edək ki, bu gün Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxışlı Baxış Elşən oğlu və əsgər Nağıyev Əli Elşən oğlu dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində həlak olublar.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin