Bu ölkədə baş nazir göz yaşları içində istefa verdi

10:27 - 10 İyun 2024

Bu ölkədə baş nazir göz yaşları içində istefa verdi

Belçikada iyunun 9-da keçirilən ümumi seçkilərdə ölkənin baş naziri Alexander de Croo partiyası Flemish Open Vld-nin uğursuzluğu səbəbindən istefa verəcəyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadə məlumatına görə, de Croo seçkinin ilk nəticələri açıqlandıqdan sonra sabahdan etibarən istefa verəcəyini deyib və kameralar önündə göz yaşlarına hakim ola bilməyib.

Alexander de Croo açıqlamasında “Bu seçkinin qalibləri N-VA, Vlaams Belanq və Vooruitdir. Bizim üçün xüsusilə çətin bir axşam oldu. Uduzduq. Sabahdan etibarən istefa verən Baş nazir olacağam" ifadələrindən istifadə edib.

Qeyd edək ki, dünən keçirilən seçkilərdə ilk nəticələrə görə, sağ təmayüllü millətçi Flamand N-VA qalib gəlib. Seçkilərin qalibi olacağı gözlənilən ifrat sağçı Flamand Vlaams Belanq həm federal parlamentdə, həm də Flaman regionunda ikinci yerdə qərarlaşıb.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin