Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi

10:27 - 11 İyun 2024

Mərkəzi Bank vəzifəli şəxsi cərimələdi

"Premium Bank"ın vəzifəli şəxsi Azərbaycan Mərkəzi Bankı tərəfindən cərimələnib.

 

Manset.az Apa-ya istinadən bildirir ki, Mərkəzi Bank "Premium Bank" ASC-nin vəzifəli şəxsinin qaydaları pozduğunu aşkarlayıb.

Belə ki, Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində "Banklar haqqında" Qanunun 40.1-ci maddəsinin, habelə "Banklara aidiyyəti olan şəxslərlə əməliyyatların aparılması Qaydası"nın 3.3.2-ci bəndinin tələblərinin pozulmasını aşkarlayıb.

Bu isə o deməkdir k, bank bir fiziki şəxsə kapitalının 3%-i həcmində kredit verib. İnzibati Xətalar Məcəlləsinin 438.1-ci maddəsinə müvafiq olaraq, "Premium Bank"ın vəzifəli şəxsi 2 min manat məbləğində cərimə edilib.


Xəbər xətti

16 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin