Stoltenberq ABŞ və Kanadaya səfər edəcək

20:52 - 14 İyun 2024

Stoltenberq ABŞ və Kanadaya səfər edəcək

NATO-nun Baş katibi Yens Stoltenberq iyunun 17-20-də ABŞ və Kanadaya səfər edəcək.

Manset.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin məlumatında deyilir.

İyunun 17-də o, Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə görüşəcək.

Stoltenberq dövlət katibi Entoni Blinkenlə də bir araya gələcək, ABŞ Senatında və bir sıra analitik mərkəzlərdə çıxışlar edəcək.

Kanadada isə Baş nazir Castin Trüdo ilə danışıqlar gözlənilir.

Hələlik səfərin əsas məqsədi açıqlanmır.


Xəbər xətti

22 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin