Olaf Şolts Ukraynada atəşkəsə qarşı çıxdı

23:46 - 15 İyun 2024

Olaf Şolts Ukraynada atəşkəsə qarşı çıxdı

Ukraynada hazırkı reallıqlar fonunda danışıqlar və yol xəritəsi olmadan atəşkəsin təmin edilməsi dondurulmuş münaqişəyə gətirib çıxaracaq.

 

Manset.az Apa-ya istinadən xəbər verir ki, bunları Almaniya kansleri Olaf Şolts İsveçrə konfransında çıxışı zamanı deyib.

"Ciddi danışıqlar və ədalətli sülhə yönəlmiş yol xəritəsi olmadan, yeni reallıqlara əsaslanan atəşkəs yalnız Rusiya Federasiyasının hərəkətlərini legitimləşdirəcək" – deyə Şolts bildirib.

O, həmçinin bəyan edib ki, Ukrayna ilə bağlı gələcək konfranslara Rusiya da dəvət edilməlidir, İsveçrədə konfransın keçirilməsində məqsəd bunun əsasını qoymaqdır. Scholz qeyd edib ki, indi gələcək görüşlər üçün təməl qoymaq lazımdır.


Xəbər xətti

23 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin