Dərbənddə atışma yenidən başladı

22:13 - 23 İyun 2024

Dərbənddə atışma yenidən başladı

Dağıstanın Dərbənd şəhərinin küçələrində bir az fasilədən sonra atışma yenidən başlayıb.

 

Manset.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib .

Agentliyin məlumatına görə, təhlükəsizlik qüvvələri terrorçuların qaçmağa çalışdığı qara rəngli “Lada Vesta” markalı avtomobili axtarır.

"Baza"nın məlumatına görə, Tağı-Zadə küçəsində atışma səsləri eşidilib. Əməliyyat planı qüvvədədir.

Xatırladaq ki, iyunun 23-də axşam saatlarında naməlum şəxslər Dərbənddə sinaqoq və kilsəni atəşə tutublar. Mahaçqalada da polis əməkdaşlarına silahlı hücum olub .

Dağıstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hücum nəticəsində 6 nəfər ölüb, 12 polis əməkdaşı yaralanıb. Faktla bağlı “terror aktı” maddəsi ilə cinayət işi açılıb. Respublikada antiterror əməliyyatı rejimi tətbiq edilib .

Son məlumata görə, Mahaçqalada polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin