Azərbaycan güləşçisi ermənini MƏĞLUB ETDİ

23:57 - 24 İyun 2024

Azərbaycan güləşçisi ermənini MƏĞLUB ETDİ

Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən 17 yaşlıların Avropa çempionatında mübarizəyə başlayıblar.
 
Manset.az xəbər verir ki, ilk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqramda yer alan yunan-Roma güləşçiləri xalçaya çıxıblar.

Əmrah Əmrahov (48 kiloqram) yunanıstanlı Pavlos Tsentidisə və ermənistanlı Andranik Xaçatryana eyni hesabla (9:0) qalib gələrək yarımfinala yüksəlib. Əmrah yarımfinalda isveçli Santoş Sarmalinqama da aman verməyib – 6:0. Əmrahov sabah finalda rusiyalı Nikolay Kristovla qarşılaşacaq.

Əli Nəzərov (55 kiloqram) startda ermənistanlı Aleksandr Aydoyevi məyus edib – 5:0. Daha sonra serbiyalı Kristian Dobiyə tam üstünlüklə (9:0) qalib gələn həmyerlimiz adını yarımfinala yazdırıb. Əli finalın bir addımlığında bolqarıstanlı Alyoşa İliyevə sonuncu xal prinsipinə görə (1:1) məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.

İsbəndiyar İmanov (65 kiloqram) latviyalı Yaromirs Jukovsu vaxtından əvvəl (8:0), estoniyalı Robi Kristyuhanı isə sonuncu xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdırıb. İmanov 1/4 finalda almaniyalı Kevin Karlla bacarmayıb – 4:12.

Orxan Hacıyev (80 kiloqram) yunanıstanlı Vasileyos Semertzidisə tam üstünlüklə (10:1) qalib gəldikdən sonra 1/4 finalda serbiyalı Duşan Stokiçdən güclü olub – 6:1. Hacıyev yarımfinalda sonuncu xal prinsipinə əsasən (5:5) türkiyəli Yigit Sarıya məğlub olduğu üçün ümidini bürünc medala bağlayıb.

Mikayıl İsmayılov (110 kiloqram) finlandiyalı Aleksandr Saramaekini vaxtından əvvəl (9:0) mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda gürcüstanlı Luka Şavadze üzərində qələbə qazanıb – 4:1. Təəssüf ki, milli üzvü yarımfinalda ukraynalı İvan Yankovskiyə uduzub – 0:8. Mikayıl da sabah üçüncü yer uğrunda mübarizə aparacaq.


Xəbər xətti

15 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin