Quşlar kütləvi şəkildə özlərini damdan atır - Rusiyada 50 dərəcə istinin fəsadları

12:47 - 8 İyul 2024

Quşlar kütləvi şəkildə özlərini damdan atır - Rusiyada 50 dərəcə istinin fəsadları

Rusiyanın Blaqoveşşensk şəhərində qorxunc hadisə baş verib. Belə ki, regionda müşahidə olunan 50 dərəcə isti səbəbindən qara uzunqanadların balaları çoxmərtəbəli binaların damlarından özlərini atırlar.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki,  buludsuz səmada yandırıcı Günəş qara uzunqanadların yuvalarının yerləşdiyi çardaqları qızdırır. Nəticədə ora soba kimi isinir, havası boğucu olur. Quş balaları da bir az sərin hava almaq üçün yuvalarından çıxır və damdan yıxılırlar. Ancaq bu yaşda sümükləri çox elastik olduğu üçün onlar sağ qalırlar.

Quş balalarının əksəriyyəti tapılır və yerlilər tərəfindən baytarlıq mərkəzinə təhvil verilirlər. Hazırda mərkəzdə onlarla quş reabilitasiya olunur.

O da vurğulanır ki, bu quşların populyasiyası azalır. Səbəb binaların yenidən qurulması və bitkilərin üzərinə kimyəvi maddələrin səpilməsidir.

 

Fidan Əliyeva

Manşet.az


Xəbər xətti

13 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin