ABŞ Futbol Federasiyası 50 yaşlı mütəxəssis Qreq Berhalterin milli komandanın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldığını rəsmən açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, amerikalı çalışdırıcı 2018-ci ildən 2022-ci ilə kimi, daha sonra isə 2023-cü ilin yayından millini çalışdırıb. Bu müddət ərzində 74 oyun keçirib və bunların 44-də qalib gəlib.
ABŞ Uruqvay, Panama və Boliviya ilə oynadığı Amerika Kubokunda qrupdan pley-offa yüksələ bilməyib.
Qeyd edək ki, ABŞ Futbol Federasiyası 2026-cı ildə ABŞ-də də keçiriləcək dünya çempionatına komandanı hazırlaşdıracaq mütəxəssis axtarışlarına başlayıb.
Fidan Ceyhunqızı
Manşet.az