Rusiyadakı səfirliyimiz yayılan saxta video ilə bağlı tədbir görəcək

18:19 - 17 İyul 2024

Rusiyadakı səfirliyimiz yayılan saxta video ilə bağlı tədbir görəcək

Sosial şəbəkələrdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun özünü pis hiss etməsi ilə bağlı yayılan videomüraciət həqiqəti əks etdirmir. Bu video ilə bağlı tədbir görüləcək.

 

Manset.az xəbər verir ki, bu barədə “Report”un Rusiya bürosuna Azərbaycanın Rusiya Federasiyasındakı diplomatik missiyasından məlumat verilib.

“Feysbuk sosial şəbəkəsində Azərbaycannın Rusiyadakı səfiri Polad Bülbüloğlunun adından guya özünü pis hiss etməsi, həkimlərə müraciət etməsi və məcburi müalicə kursu keçməsi ilə bağlı videomüraciət yayılıb. Nəzərə çatdırırıq ki, “deep-fake” texnologiyası ilə hazırlanmış bu videomüraciət reallığa uyğun gəlmir və yalan məlumatları əks etdirir”,- nümayəndəlikdən bildirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv