"Zirə", "Sumqayıt" və "Sabah" ilk matçına çıxır - UEFA Konfrans Liqası

09:41 - 25 İyul 2024

\"Zirə\", \"Sumqayıt\" və \"Sabah\" ilk matçına çıxır - UEFA Konfrans Liqası

Bu gün üç komandamız UEFA Konfrans Liqasında mübarizəyə start verir.


Manset.az xəbər verir ki, komandalarımızdan ikisi "Sumqayıt" və "Zirə" doğma meydanda, "Sabah" isə səfərdə oynayacaq.

"Zirə" - "Dunayska Ştreda" görüşü Bakı vaxtı ilə saat 19:30-da, "Sumqayıt" - "Fehervar" matçı saat 20:00-da, "Sabah" - "Makkabi Hayfa" qarşılaşması isə saat 21:15-də başlayacaq.

Qeyd edək ki, komandalar arasında cavab matçları isə iyulun 31-də baş tutacaq.

25 İyul

"Zirə" - "Dunayska Ştreda"

Saat 19:30, "Dalğa Arena"

"Sumqayıt" - "Fehervar"

Saat 20:00, "Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu"

"Makkabi Hayfa" - "Sabah"

Saat 21:15, "Sammy Ofer Stadium"


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az