Badmintonçumuz Paris-2024-də çıxışını başa vurdu

20:02 - 31 İyul 2024

Badmintonçumuz Paris-2024-də çıxışını başa vurdu

Azərbaycanın kişi badmintonçusu Edi Reski Dviçayo Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

 

Manset.az xəbər verir ki, idmançımız E qrupunun növbəti matçında danimarkalı Anders Antonsenlə qarşılaşıb.

Görüş təmsilçimizin məğlubiyyəti ilə yekunlaşıb - 0:2 (12:21, 14:21).

Qeyd edək ki, Edi Reski Dviçayo bu nəticənin ardından Paris-2024-də çıxışını başa vurub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az