Türkiyə instaqrama görə 6 milyard itirdi

11:55 - 05 Avqust 2024

Türkiyə instaqrama görə 6 milyard itirdi

Türkiyədə instaqramın 3 gündür bağlı olması ölkə iqtisadiyyatına təsir göstərib.

 

Manset.az xəbər verir ki, ölkə 6 milyard lirə, təxminən 358 milyon manat itirib.

Xatırladaq ki, Türkiyədə instaqrama giriş bloklanıb. Ölkənin İnformasiya Texnologiyaları və Rabitə İdarəsi bloklanmanın instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsi ilə əlaqəli olduğunu açıqlayıb.

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu instaqrama giriş qadağasını “İnstaqrama cinayət paylaşımları ilə bağlı xəbərdarlıq etdik, lakin lazımi cavabı ala bilmədiyimiz üçün giriş bloku tətbiq etdik” - deyə əsaslandırıb.

 

 

Fidan Əliyeva

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az