Formula 1 ərəfəsində bəzi əsas yollar açılacaq - Siyahı
10 Sentyabr 2024
17:05 - 7 Avqust 2024
Antalyada yaşayan Aycan Çağdaş Şikar boş sahədə tapdığı meteoritdən 20 illik həyat yoldaşına evlilik ildönümü üçün xüsusi üzük düzəldib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, o, Kayseridə boş bir ərazidə tapdığı daşın xüsusi olduğunu düşünüb və analiz üçün Orta Doğu Texniki Universitetinin (ODTÜ) Mühəndislik Fakültəsinin Geologiya Mühəndisliyi Bölümünə göndərib. Burada aparılan analizdə daşın meteorit olduğu müəyyən edilib.
Daha sonra Çağdaş Şikar öz zərgər dostundan həmin daşla həyat yoladaşı üçün üzük düzəltməsini xahiş edib. İllərdir brilyantlarla işlədiyini açıqlayan dizayner ilk dəfə meteor daşları ilə işlədiyini bildirib.
"Kəsmək olduqca çətin idi, çətinlik çəkdiyimiz yerlər oldu, amma zəhmətimizə dəyərdi. Unikal üzük hazırladıq", - deyə zərgər açıqlamasında qeyd edib.
Fidan Əliyeva
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin