logo
logo logo
logo

Maliyyə nazirinə yeni müşavir təyin edildi - FOTO 

12:56 - 14 Sentyabr 2026

Maliyyə nazirinə yeni müşavir təyin edildi - FOTO 

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub.


Manset.az xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb.

O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb.

“Dövlət qulluğunda peşəkar fəaliyyətimi Azərbaycan Respublikasının Maliyyə Nazirliyində nazirin müşaviri kimi davam etdirərək dövlət maliyyəsinin idarə olunması sahəsində ölkədə aparılan genişmiqyaslı islahatlara töhfə verməyə davam edəcəyəm”, - R.Həsənov bildirib.

Qeyd edək ki, Rəşad Həsənov 2025-ci ilin avqustundan 2026-cı ilin iyulunadək BVF və Dünya Bankı Qrupunun İcraçı Direktorlar şuralarında Azərbaycanın nümayəndəsi olub. O, 2019–2023-cü illərdə isə Azərbaycan Maliyyə Nazirliyində direktor müavini vəzifəsində işləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az