Yaponiyanın cənub-qərbində baş verən zəlzələdən sonra ölkəyə sunami xəbərdarlığı edilib.
Manset.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi ölkənin cənubundakı Kyushu adasının şərq sahillərindən təxminən 30 kilometr dərinlikdə Rixter cədvəli üzrə 7.1 bal gücündə zəlzələnin baş verdiyini açıqlayıb.
Sakit okeanın "atəş halqası"nda yerləşən Yaponiya dünyada zəlzələlərə ən çox məruz qalan bölgələrdən biri hesab olunur.
Həmin görüntüləri sizə təqdim edirik:
Fidan Əliyeva
Manşet.az