"ABŞ İrana qarşı dağıdıcı cavab tədbirləri həyata keçirəcək" - Admiraldan ŞOK AÇIQLAMA

11:32 - 9 Avqust 2024

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ABŞ-nin İraqdaki Əl-Əsəd aviabazasına hücum olunub, nəticədə 7 hərbiçi yaralanıb.

 

Manset.az xəbər verir ki, "Haber Global"-a açıqlama verən ABŞ admiralı Skot Devidson bildirib ki, Birləşmiş Ştatlar bu hücumda İrani ittiham edir və əsk-hücum əməliyyatları qaçılmazdır:

"İraqdakı bazaya hücum İranın bu il həyata keçirdiyi üçüncü hücumdur. İran hərbi səfərbərlikdən əvvəlki vəziyyət kimi qəbul edilən müharibəyə hazırlıq görür. Ballistik raket qurğularının işə salınması, hərbi-dəniz qüvvələrinin Fars körfəzindəki bazalardan patrul vəzifəsini yerinə yetirmək üçün çıxarılması, hava bazalarında aktivlik bunun göstəricisidir. Bu fəaliyyətlər hərbi gücün “eskalasiya” adlanan diplomatik mərhələləri hesab olunur. Amma hərbi bazalara hücum bu diplomatiyadan kənara çıxır. Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələri, öz hava qüvvələri ilə birlikdə İrana qarşı dağıdıcı bir neçə əks-hücum təşkil edəcək".

Onun sözlərinə görə, ABŞ və İran arasındaki gərginlik bazalara hücumdan irəli gedə bilməz:

"Düşünürəm ki, İranın ABŞ-a qarşı hərbi eskalasiyası bazalara hücumdan o yana gedə bilməz. Tehranın bundan kənarda hava və dəniz gücü yoxdur. ABŞ-nin dağıdıcı təsiri olacaq. Bu hərbi varlıq həm də müharibənin bütün Yaxın Şərqə yayılmasının qarşısını alır”, - deyə Skot fikrini sonlandırıb.

 

Fidan Əliyeva

Manşet.az

 

 

 


Xəbər xətti

16 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin