Bakıda COP 29-a görə bu günlərdə İŞ OLMAYACAQ
14 Sentyabr 2024
18:36 - 9 Avqust 2024
Rusiya və Ukraynanın hücumlarının davam etdiyi Kurskda federal fövqəladə vəziyyət elan edilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Kremldən verilən açıqlamada 300-ə yaxın Ukrayna əsgərinin sərhədi keçərək Rusiya ərazisində döyüşlərə başladığı iddia edilib.
Ukraynanın gözlənilməz əməliyyatı ilə bağlı etibarlı məlumat azdır, onun strateji məqsədləri isə bəlli deyil.
Ukrayna rəsmiləri Moskvadan təxminən 500 kilometr cənub-qərbdə baş verən hücumla bağlı şərh verməkdən imtina ediblər. Lakin Ukrayna prezidenti Vladimir Zelenskinin baş müşaviri Myhailo Podolyak bildirib ki, sərhəd bölgəsindəki hücumlar Rusiyanın “müharibənin yavaş-yavaş Rusiya ərazisinə keçdiyini anlamağa” səbəb olacaq.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin