“Araz-Naxçıvan" böyük hesablı qələbə qazandı

21:22 - 21 Avqust 2024

“Araz-Naxçıvan

“Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

 

Manset.az xəbər verir ki, Azərbaycan çempionu H qrupundakı ilk sınağında Şimali İrlandiyanın “Sparta Belfast” klubu ilə üz-üzə gəlib.

İsveçin Udevalla şəhərində yerləşən “Agnebergshallen” zalında keçirilən qarşılaşma Naxçıvan təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandanın heyətində qolları Giovanni Valerio (2:06, 19:33, 20:32), Kənan Manafov (21:01), Yaniç Aleksandar (26:54), Amadeu (32:18) və Emil Həsənzadə (39:16) vurublar.

Qeyd edək ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv avqustun 22-də Estoniya çempionu “Sillamae Silla”, ayın 24-də isə İsveç təmsilçisi “Uddevalla” ilə qarşılaşacaq. Yalnız qrup liderləri əsas mərhələyə vəsiqə qazanacaq.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin