"Qarabağ" İspaniyadan məşhur futbolçu transfer etdi - FOTO

18:35 - 23 Avqust 2024

\"Qarabağ\" İspaniyadan məşhur futbolçu transfer etdi - FOTO

"Qarabağ" növbəti transferini reallaşdırıb.

 

Manset.az xəbər verir ki, bir müddətdir İspaniyanın "Alkorkon" klubu ilə aparılan danışıqlar müsbət nəticələnib və hücumameylli yarımmüdafiəçi Emmanuel Addai heyətə cəlb edilib.

Klub və 23 yaşlı qanalı futbolçu arasında 2 illik müqavilə imzalanıb. Addainin son komandası 2022-24-cü illərdə formasını geyindiyi İspaniya təmsilçisi “Alkorkon” olub. O, bunadək Fransada “Bobiqni” klubunda (2021-2022) çıxış edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az