Bu küçədə hərəkət məhdudlaşdırılacaq

12:59 - 28 Avqust 2024

Bu küçədə hərəkət məhdudlaşdırılacaq

Avqustun 29-u saat 06:00-dan etibarən Bakının Yasamal rayonunun, Mikayıl Müşfiq küçəsində (Mətbuat prospekti ilə kəsişmədəki dairədən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin qarşısındakı dairəyədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
 

Bu barədə Manset.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”,-deyə məlumatda qeyd edilir.


Xəbər xətti

15 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin