Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək - Millətlər Liqası

09:37 - 8 Sentyabr 2024

Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək - Millətlər Liqası

Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün növbəti oyununu keçirəcək.

 

Manset.az xəbər verir ki, Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv səfərdə Slovakiya yığması ilə üz-üzə gələcək.

Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Qarşılaşmanı polşalı FIFA referisi Damian Silvestrjak idarə edəcək.

UEFA Millətlər Liqası

C Liqası, I qrup

II tur

8 sentyabr

20:00. Slovakiya - Azərbaycan

Baş hakim: Damian Silvestrjak (Polşa).

Koşitse, “Koşitse Futbol Arenası”

Qeyd edək ki, Azərbaycan millisi Millətlər Liqasındakı ilk matçında Bakıda İsveç seçməsinə 1:3 hesabı ilə məğlub olub.


Xəbər xətti

4 Oktyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin