İranda terror aktının qarşısı alındı

17:11 - 5 Oktyabr 2024

İranda terror aktının qarşısı alındı

İranın şimalında yerləşən Mazandaran vilayətinin Noşəhr rayonunda İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Noşəhr hüquq-mühafizə orqanının komandiri mayor Əli Əkbər Dərvişi jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İŞİD terror qruplaşmasının üzvləri Noşəhr rayonunda izdihamlı turist mərkəzlərindən birində terror aktı planlayıblarmış.

İranlı polis rəisi təhlükəsizlik orqanlarnıın əməkdaşlığı nəticəsində terrorçular müəyyən olunaraq saxlanılıblar.

Noşəhr rayonu İranın turist rayonlarından biri hesab olunur.


Xəbər xətti

10 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin