Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazandı

17:10 - 13 Oktyabr 2024

Azərbaycan badmintonçusu Türkiyədə qızıl medal qazandı

Badmintonçumuz Keişa Fatimə Zəhra Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.

 

Manset.az xəbər verir ki, o, "International Challenge 2024" seriyalı yarışı qızıl medalla başa bvurub.

Mübarizyə 1/16 finaldan başlayan Keişa qadın badmintonçuların şəxsi yarışında finala gedən yolda Danimarka, Ukrayna və Fransa təmsilçilərini mübarizədən kənarlaşdırıb.

Keişa Fatimə Zəhra final qarşılaşmasında danimarkalı Amalie Şulza ilə qarşılaşıb. Hər iki setdə böyük fərqlə qalib gələn təmsilçimiz "International Challenge 2024" beynəlxalq turnirinin qalibi olub - 21:11,21:9.


Xəbər xətti

10 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin