Əsgərliyə son yaş həddi 30-a endirilir
13 Dekabr 2024
11:11 - 5 Noyabr 2024
Bakıda keçiriləcək beynəlxalq iqlim konfransı ərəfəsi Bakıda nəqliyyatın hərəkətini optimallaşdırmaq üçün bəzi küçə və prospektlərdə istiqamət dəyişiklikləri tətbiq olunacaq. COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək. Artıq Nazirlər Kabineti bununla bağlı dövlət qurumlarına müvafiq tapşırıq verib. Tapşırıq dövlət sektoruna aid olduğundan, COP29 ərəfəsi özəl sektorda çalışanlar bu müddətdə işə necə gedib-gələcəklərindən narahatdırlar.
Manset.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Bakıda keçiriləcək beynəlxalq iqlim konfransı ərəfəsində nəqliyyatın hərəkətində dəyişikliklərin edilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa söyləyib ki, COP29 keçirilən müddətdə nəqliyyatın hərəkətində nəzərdə tutulmuş dəyişikliklər işləyən insanlar üçün böyük çətinliklər yaradacaq.
Deputat deyib ki, bu, təkcə özəl sektora yox, dövlət sektorunda işləyənlərə də müəyyən çətinliklər yaradacaq.
"Elə sahələr var ki, işdə praktik işçilər olmaldır. COP29 müddətində özəl sektorda harada onlayn işləmək mümkündürsə, sahibkarlar anlayış göstərib məsafədən iş rejiminə keçməlidirlər. Hansı sahələrdə ki, işçilər işdə olmalıdır, onlayn formatda işləmək mümkün deyil, orada sahibkarı da başa düşmək lazımdır. Çünki, iş getməlidir ki, onlar da işçiyə əmək haqqı versinlər. İşi axsatmamaq üçün işçini işə çağırırlarsa, buna müdaxilə etmək mümkün deyil. Amma nəzərə almalıdırlar ki, bu zaman işçilərin işə gəlib çatmasında böyük problemlər yaranacaq. İşəgötürənlər COP29 müddətində işçilərə anlayış göstərməlidirlər", - deyə deputat bildirib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin